DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham

Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham


13-12-2019, 11:35. Yerləşdirdi: Tural Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham
“Bizim o illərdə Opera və Balet Teatrından təqaüdə çıxan vaxtımız deyildi. Bir adam soruşmadı ki, görəsən, nə baş vermişdi? Niyə bu iki bacı, o cür çətin əsərləri ifa edən sənətçilər Opera və Balet Teatrının səhnəsində yoxdur?! Niyə səhnəni atıb pedaqoji fəaliyyətlə məşğul oldular?”.

Xalqinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova axşam.az-a müsahibəsində deyib. Məşhur opera müğənnisi Opera və Balet Teatrının rəhbəri Akif Məlikovun fəaliyyətini tənqid edib:

“Elə sənətkarlar var ki, 90 yaşına qədər səhnədə olurlar. Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda cavan qız idim. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. İndi bir insanın məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!

Həm məni, həm də bacım Fidan xanımı teatrdan uzaqlaşdırdılar. Bizim kimi peşəkar opera müğənnilərini teatrdan uzaqlaşdırdılar. Bu haqda daha geniş danışmaq istəmirəm”.

Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham

X. Qasımova Əməkdar artist Nigar Şabanovanın “Opera və Balet Teatrında “Leyli” obrazını oynamaq üçün ondan pul tələb edirlər” sözlərinə də dəstək olub:

“Nigar düz deyir. O teatrda nəinki o xanıma, bütün gənclərə qarşı belə münasibət var. Siz bilmirsiz... Fidan xanım da, mən də öz tələbələrimizə həmişə izah etmişik ki, sizin barənizdə heç kəsə ağız açmayacağıq. Heç kəsə yalvarmayacağıq ki, sizi işə götürsünlər. Sizin fəaliyyətiniz, oxumağınız elə olmalıdır ki, Opera və Balet Teatrına arxa qapıdan yox, ön qapıdan girəsiniz. Biz tələbələrimizə belə tərbiyə veririk. İndi hamı yaxşı ola bilməz. Eləsi var ki, çox yaxşı səviyyədədir. Opera mürəkkəb sənətdir, hər bir insan bununla məşğul ola bilməz”.

Xuraman Qasımovadan Akif Məlikova sərt ittiham

O, Nigarı müdafiə etməyənləri də qorxaq adlandırıb: “Sözün düzü, mən Nigarı heç yaxından tanımıram, şəxsi tanışlığım yoxdur. Amma sağ olsun ki, cəsarət edib, fikirlərini dilə gətirib. Nigarı müdafiə etməyənlər qorxurlar. Onları qorxu altında saxlayırlar. Biz guya bilmirik? O rəhbər (red:Opera və Balet Teatrının rəhbəri Akif Məlikov) deyirsə ki, “Mən Müslüm Maqomayev kimi bir insanı teatrdan uzaqlaşdırmışam”, daha ondan bundan artıq nə gözləyəsən? Bu, böyük bir işdir? Bu sənə nə qazandırıb? Nə var, nə var yüz manat pul verəcəkdiniz ona, ona görə? Müslüm Maqomayev bizim teatrda qalsaydı, bizim üçün böyük fəxr idi. Kim itirdi? Kim qazandı?

Mən heç kəsdən qorxmuram və çəkinmirəm. Onlar haqqında o qədər bilirəm ki, hər şeyi açıqlaya bilərəm! Mənim tələbəmi teatra işə götürürlər, kağıza imza atdırırlar ki, sən demə ki, Fidan və Xuraman xanımın tələbəsisən. Belə şey olar?! O direktor bir dəfə də olsun Konservatoriyada keçirilən imtahanda iştirak etməyib. Həmişə deyib ki, qolum sınıb, ay nə bilim nə olub. Kimdir axı o?”.
Geri qayıt