DataLife Engine > Mədəniyyət > Səhhəti pisləşən xalq artistindən xəbər var

Səhhəti pisləşən xalq artistindən xəbər var


12-12-2019, 17:18. Yerləşdirdi: Tural Səhhəti pisləşən xalq artistindən xəbər var
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".

Xatırladaq ki, dekabrın 2-də axşam saatlarında xalq artisti Rəfael Dadaşov Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Ona ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyulub.
Geri qayıt