“Azərpaşa Nemətovun qabağında əyilirdilər...”
11-12-2019, 10:12. Yerləşdirdi: Tural
Mən hər zaman doğruları danışıram. Gürcüstanda dünya şöhrətli rejissorlar bir araya gəlmişdi. İnanın, bizi çox gözəl qarşıladılar. Azər müəllimin qabağında əyilirdilər. Əgər belə rejissorlarımız varsa, onları itirməməli, qədrini bilməliyik. O, həm gözəl rejissor, həm də gözəl insandır”.
“Xalqinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Səhər-səhər” proqramında qonaq olarkən deyib. O, uzun müddətdir bir sıra mədəniyyət üzvləri tərəfindən sərt tənqid olunan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovu müdafiə edib.
Geri qayıt