DataLife Engine > Mədəniyyət > “Bu şəhərdə”nin konsertinə icazə verilmədi? -

“Bu şəhərdə”nin konsertinə icazə verilmədi? -


11-02-2019, 13:49. Yerləşdirdi: Tural  “Bu şəhərdə”nin konsertinə icazə verilmədi? -




Bu şəhərdə”in Sumqayıtda konsertinə icazə verilməyib. “Qafqazinfo” xəbər verir ki, onlar bu barədə instaqram səhifələrində məlumat yayıblar.

Bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə konsertlə bağlı müraciət olunsa da, bu, nəticəsiz qalıb: “Mart ayında konsertlərimiz üçün İcra Hakimiyyətinə ( başçı Zakir Fərəcov və müavini Teymur Səmədov) iki məktub ünvanlamışıq. Nəticədə, bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” sizin şəhərdə olmayacaq”.



“Qafqazinfo” mövzu barədə İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxlayıb. O, qarşı tərəfin iddiasını təkzib edib:

“Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra Hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib”.
Geri qayıt