DataLife Engine > Mədəniyyət > “Xoxan”ın qala gecəsi olacaq

“Xoxan”ın qala gecəsi olacaq


3-12-2014, 16:47. Yerləşdirdi: Esi “Xoxan”ın qala gecəsi olacaqNizami Kino Mərkəzində “Xoxan” milli komediya filminin qala – gecəsi keçiriləcək.

Xalqinfo.az qafqazinfo-ya istinadən bildirir ki, dekabrın 8-i baş tutacaq gecədə filmin rejissoru Samir Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.

Komediya janrında çəkilən filmdə baş rolları aktyorlar Fərda Amin, Elməddin Cəfərov, Nigar İbrahimova, Ələsgər Məmmədoğlu, Şəhriyar Əbilov, Aynur Hüseyn, Nərgiz Zamir və başqaları canlandırıblar.

“Xoxan” filmi varlı bir qadının qızının bədəninə cin girməsindən bəhs edir.
Geri qayıt