DataLife Engine > Mədəniyyət > "Bu xəbəri eşidəndə dəhşətə gəldim"

"Bu xəbəri eşidəndə dəhşətə gəldim"


8-11-2018, 12:34. Yerləşdirdi: sefa "Bu xəbəri eşidəndə dəhşətə gəldim"
“Adam inana bilmir ki, belə gözəl və cavan qadın vəfat edib”.

Xalqinfo.az xəbər verir ki, bunu deputat Elmira Axundova xalq artisti Amaliya Pənahovanın vəfatı ilə bağlı deyib.

O bildirib ki, bu gün Azərbaycan mədəniyyəti üçün ağır itki üz verib: “Bizim ailə dostumuz idi. Bu xəbəri eşidəndə dəhşətə gəldim. İnanmağım gəlmədi və hələ də inanmıram ki, o, artıq həyatda yoxdur. Amaliya Pənahova 2000-2005- ci illərdə bizim həmkarımız da olub. Gəlin, ona Allahdan rəhmət diləyək”.


Şəfa Rasimqızı
www.xalqinfo.az
Geri qayıt