DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar

Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar


18-10-2018, 18:40. Yerləşdirdi: sefa Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib.

Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən Birinci vitse-prezident əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb.

“Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Senatının sədri bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacağını söyləyib. İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə gəldiyini bir daha qeyd edən qonaq müxtəlif sahələrdə qurulan əlaqələrdən məmnunluğunu ifadə edib.

Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfərinin xüsusilə siyasi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafına kömək edəcəyini diqqətə çatdırıb. “Sizin İtaliyaya marağınız və sevginiz bizi qürurlandırır”, - deyən qonaq Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirib.

Görüş çay süfrəsi arxasında davam etdirilib.

Sonra Mehriban Əliyeva və Maria Elisabetta Alberti Kasellati “Milan Ekspo 2015” Ümumdünya sərgisində nümayiş etdirilən milli pavilyonumuza baxıblar.

Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Mehriban Əliyeva milli pavilyonda görüş keçirdi - Fotolar
Geri qayıt