DataLife Engine > Mədəniyyət > Antalyada konsert mövsümünü azərbaycanlı “Paqanini” açacaq

Antalyada konsert mövsümünü azərbaycanlı “Paqanini” açacaq


12-10-2018, 18:56. Yerləşdirdi: sefa Antalyada konsert mövsümünü azərbaycanlı “Paqanini” açacaq
Azərbaycanın əməkdar artisti, prezident təqaüdçüsü, skripka virtuozu, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına daxil edilən 20 yaşlı Elvin Xoca Qəniyev Antalyada konsert mövsümünü açacaq.

Bununla bağlı Oxu.Az-a skripkaçı özü məlumat verib.

Onun sözlərinə görə, o və violonçelist Dorukxan Doruk dirijor Rehqim Qekmenin rəhbərliyi altında Antalya simfonik orkestri ilə birlikdə tanınmış almaniyalı bəstəkar İ.Bramsanın skripkaçılar və violonçelistlər üçün bəstələrini ifa edəcəklər.

Qeyd edək ki, hər il Antalyada dünya ulduzlarının iştirakı ilə konsert mövsümü keçirilir.
Geri qayıt