DataLife Engine > Mədəniyyət > Ukrayna KİV-ləri Bakıdan yazdı -

Ukrayna KİV-ləri Bakıdan yazdı -


23-12-2017, 22:49. Yerləşdirdi: sefa Ukrayna KİV-ləri Bakıdan yazdı -Ukraynanın nüfuzlu “Qolos” Media Qrupuna aid “Golos.ua” informasiya agentliyi və “Everyday.in.ua” xəbər portalı Bakının “Ekspo 2025”ə ev sahibliyi ilə bağlı namizədliyindən yazıb.

Xalqinfo.az xəbər verir ki, Ukrayna KİV-ləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının müsahibəsinə istinadla yazır ki, Azərbaycanın “Ekspo 2025”in ən yüksək səviyyədə qəbul etmək üçün bütün imkanları var.

Fərid Şahbazlı müsahibəsində qeyd edib ki, hazırda Azərbaycan dünyada həm də müxtəlif sahələrlə bağlı mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyi irəli sürülüb. Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyi, mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunması və digər çoxsaylı səbəblər paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi etməsinə imkan yaradır.

Qeyd edilib ki, “Azərbaycan 2000-ci ildən “Ekspo” hərəkatının fəal üzvüdür. Ölkəmizin pavilyonları son üç sərgidə – 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb. Azərbaycan Qlobal Humanitar Forum, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən keçirilən Formula-1 Qran-prisi yarışları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə qazanıb. Eyni zamanda, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik müstəqil ölkədir. Bütün bu səbəblər “Ekspo 2025”in Azərbaycanda yüksək səviyyədə keçirilə biləcəyinə tam zəmanət verir.

Ukrayna KİV-ləri Bakıdan yazdı -
Geri qayıt