DataLife Engine > Mədəniyyət, KİTAB ALƏMİ > Elatlının “On dördüncü adam” romanının təqdimatı oldu -

Elatlının “On dördüncü adam” romanının təqdimatı oldu -


7-12-2017, 20:10. Yerləşdirdi: sefa Elatlının “On dördüncü adam” romanının təqdimatı oldu - Dekabrın 6-da TEAS Press Nəşriyyat Evi və LIBRAFF kitab mağazaları şəbəkəsinin təşkilati dəstəyi ilə detektiv əsərlər müəllifi Elxan Elatlının “On dördüncü adam” romanının təqdimatı və imza günü keçirilib.

Xalqinfo.az xəbər verir ki, TEAS Press Nəşriyyatı Evi tərəfindən Elxan Elatlının işıq üzü görən “On dördüncü adam” romanı bir insanın gəncliyində buraxdığı səhv ucbatından yaşadığı faciəli həyatdan bəhs edir. Yeni milli bestseller detektiv süjet üzərində qurulsa da, burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib.

Elatlının “On dördüncü adam” romanının təqdimatı oldu -

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, yazıçının indiyədək 25 kitabı işıq üzü görüb. Elxan Elatlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Geri qayıt