DataLife Engine > Mədəniyyət > Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edildi -

Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edildi -


5-12-2017, 13:22. Yerləşdirdi: sefa Azərbaycanda yayımlanan telekanalların siyahısına yeni TV-lər daxil edildi - Azərbaycanda kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına yeni TV-lər əlavə edilib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) müvafiq qərarı ilə, Belarusun “Belarus 24”, Azərbaycanın “Muz TV” və “Dalğa” telekanalları kabel şəbəkəsi yayımçısı tərəfindən retranslyasiya olunan xarici və peyk telekanalların siyahısına əlavə olunub.

Qeyd edək ki, bir müddət əvvəl MTRŞ-da “Muz TV Azərbaycan” MMC və “Dalğa” TV-yə peyk yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.
Geri qayıt