DataLife Engine > Mədəniyyət > Rafiq Hüseynov dəfn olundu -

Rafiq Hüseynov dəfn olundu -


3-11-2017, 13:42. Yerləşdirdi: sefa Rafiq Hüseynov dəfn olundu -
Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov dəfn olunub.

Xalqinfo.az bildirir ki, xalq artisti Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndən əvvəl Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rafiq Hüseynovla vida mərasimi keçirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrilib, televiziya və radioya özündən sonra böyük nəsil bəxş edib.

Qeyd edək ki, 1946-cı ildə Şuşada anadan olan Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində, oktyabrın 26-da dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Rafiq Hüseynov dəfn olundu -
Geri qayıt