DataLife Engine > Mədəniyyət > Maestro Niyaziyə həsr olunmuş konsert olacaq

Maestro Niyaziyə həsr olunmuş konsert olacaq


1-10-2017, 21:34. Yerləşdirdi: sefa Maestro Niyaziyə həsr olunmuş konsert olacaq
Oktyabrın 4-ü, saat 19:00 da Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konserti olacaq.

Lent.az-ın məlumatına görə, tədbir görkəmli dirijor, musiqi ictimai xadim Niyaziyə həsr olunacaq. Tədbirdə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış edəcək.

Həmçinin, konsertdə həm milli, həm də Qərbi Avropa bəstəkarların əsərlərindən müxtəlif ariyalar səslənəcək.

Qeyd edək ki, konsert Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsidir.


Geri qayıt