DataLife Engine > Mədəniyyət > Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirildi

Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirildi


22-06-2017, 14:12. Yerləşdirdi: Leyla Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirildi
Özbəkistanın Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət günləri” çərçivəsində “Azərbaycan milli geyimləri”nin moda sərgisi keçirilib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, mərkəzin direktoru Samir Abbasov Azərbaycanın təkrarsız və zəngin mədəniyyəti haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.

Sərgidə geyimlər nümayiş etdirilərkən Qarabağ geyimləri və onların özünəməxsusluğu haqqında geniş məlumat verilib.

Tədbirdə, əsasən, Qarabağ xanları dövrünə aid zəngin Azərbaycan qadınlarının libasları, şənlik geyimləri, gənc Qarabağ bəylərinin mərasim geyimləri, habelə toy libasları sərgilənib.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid libasları Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib.

Leyla Həsənova
Geri qayıt