DataLife Engine > Mədəniyyət > "Yar-yar" mahnısına görə yaranan qalmaqal -

"Yar-yar" mahnısına görə yaranan qalmaqal -


1-10-2014, 16:09. Yerləşdirdi: Tural "Yar-yar" mahnısına görə yaranan qalmaqal -

“Elit star” Cəmilə müğənni Nüşabə Ələsgərlini oğurluqda ittiham edib

Xalqinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında Cəmilə məlumat verib. Müğənni qeyd edib ki, iki il öncə oxuduğu "Yar-yar" mahnısı Nüşabə Ələsgərli tərəfindən oğurlanıb:
“2012-ci ilin qışında Moskvadan təzə gəlmişdim. Baxdım ki, Azərbaycanda bütün toylarda “Sərçəvan” adlı kürd mahnısı dəbdədir. Mahnını öz telefonumdan bəstəkar Ruslan Səfəroğlunun telefonuna köçürdüm və xahiş etdim ki, mənə “minusovka” hazırlasın. Musiqi mətni kimi Zemfira Əlişqızının “Yar-yar” adlı şeirini oxudum. Mahnı hazır olandan sonra bəstəkar kimi Ruslan Səfəroğlunun adını qeyd elədim. Halbuki bu, “Sərçəvan” adlı kürd mahnısı idi”.
Müğənni bildirib ki, bunun müqabilində R.Səfəroğluna 300 manat pul verib. Və bir müddət sonra həmin mahnının əməkdar artist Nüşabə Ələsgərli tərəfindən efirdə ifa edildiyini görüb: “Bu günlərdə bir də görürəm ki, həmin mahnını Nüşabə Ələsgərli oxuyur. Dərhal Ruslan mənə zəng vurdu. Nüşabə Ruslandan soruşub ki, Cəmilənin oxuduğu mahnını mənə niyə vermisən? Ruslan da deyib ki, Cəmilə demo variantı oxuyur. Mən nə vaxtdan demo oxuyan olmuşam? İşim-gücüm yoxdur? Nüşabə də oxuyur-oxusun. Amma efirdə deyir ki, Cəmilə bunu demo variantda oxuyub”.
Sənətçi həmkarına ismarış göndərməyi də unutmayıb: “Nüşabə, Cəmilə oxuyanda sən hələ yox idin. Mən AZTV-də solist olanda Nüşabə toylarda, “palatka”da oxuyurdu. O nə sözdür efirdən deyir? Ayıbdır. Çox əsəbiyəm. İndiyə kimi deyirdi: “Cəmilə xanım da oxuyurdu, mən də oxudum”. O mahnı mənim ideyamdır. Ruslan həmin mahnının Nüşabəyə öz bəstəsi kimi satıb. Getsinlər öz işləri ilə məşğul olsunlar”.
Məsələ ilə bağlı açıqlama verən N.Ələsgərli bizimlə söhbətində Cəmilənin ittihamlarını qəbul etmədiyini bildirib: “O mahnını Ruslan Səfəroğlu mənə satıb, mən də almışam. Bununla bağlı Ruslan Səfəroğlunu danışdırın. Hansı məbləğə satdığını demək istəmirəm. Qiyməti Ruslan desin”.
Əməkdar artist Cəmilənin “Mən AZTV-də solist olanda Nüşabə “palatka”da oxuyurdu” fikrinə qısaca cavab verib: “Deyib, Allah canını sağ eləsin”.
Məsələ ilə bağlı Ruslan Səfəroğlunun da mövqeyini öyrənmək istəsək də, onunla əlaqə saxlamaq mümkün olmadı. Bununla belə, onun da mövqeyini dərc etməyə hazırıq.

"Yar-yar" mahnısına görə yaranan qalmaqal -
"Yar-yar" mahnısına görə yaranan qalmaqal -
"Yar-yar" mahnısına görə yaranan qalmaqal -
Geri qayıt