DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Xalq artisti ərə gedir:Mayın 23-də toydur

Xalq artisti ərə gedir:Mayın 23-də toydur


12-05-2017, 11:18. Yerləşdirdi: Leyla Xalq artisti ərə gedir:Mayın 23-də toydur
Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir.

Xalqinfo.az Lent.az-a istinadən verdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur hotellərinin birində toyu olacaq.

Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, Xalq, Əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunublar.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Leyla Həsənova
Geri qayıt