DataLife Engine > Mədəniyyət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET > "Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı

"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı


6-05-2017, 14:52. Yerləşdirdi: sefa "Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
Bir millətin mədəniyyətini bütün dünyada gözəl şəkildə tanıtmaq qədər şərəfli və qürurlu bir vəzifə hər kəsə nəsib olmaz. Bunu Allah seçdiyi bəndəsinə nəsib edər. Vətənə daş olmayandan ölkə vətəndaşı olmaz.

Söhbətə başlamamışdan öncə istərdim vurğulayım ki, Xalqinfo.az-ın bu günkü qonağı Azərbaycan Respublikasının istedadlı gənci, tamaşalarını böyük zövqlə seyr etdiyim əsl sənətkar ömrü yaşayan, gənc yaşlarından yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yetirməsi, Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərən Elşad Murtuzovdur.

- Xoş gördük sizi. İlk öncə istərdim ki, sizi bir daha yaxından tanıyaq. Elşad Murtuzov kimdir?

- Salam, sizinlə görüşümə şadam.

- Mən Murtuzov Elşad Süleyman oğlu 1988-ci ildə fevral ayının 11-də Balakən rayonunda anadan olmuşam.

2005-ci ildə orta məktəbi başa vurduqdan sonra həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. Təhsilimi davam edə-edə həmin illərdə ilk kursu bitirərək Rus Dram Teatrında iş fəaliyyətimə başlamışam. Və bu günkü günə kimi də orada çalışıram. Təhsilimi sona qədər başa vurmuşam.

2010-2011-ci ildə ATV-də "Bizim səhər" və "Xeyir ola" proqramlarında teleaparıcı olmuşam.

- Musiqi, incəsənət və həyat tərzi həmahəng olmalıdır. Bir-birini tamamlamalıdır. Amma bu ahəng çox zaman sənətkarlarda pozulur. Həyatınızda bir problem yoxdur ki?

- Bu ancaq o halda ola bilər ki, mən ailə həyatı qurum və həyat yoldaşım həddindən artıq qısqanc olsun... (gülür). Bu sualın cavabını ailə qurduqdan sonra verərəm.

- Jurnalistlərlə aranız necədir?

- Jurnalistlərlə münasibətim pis deyil, yaxşı da deyil, neytral. Təbii ki, onların özündən asılıdır. Yəni kimi aqresiya ilə yaxınlaşır, kimi isə sənətinə hörmət edərək qarşı tərəfə də hörmətlə yanaşır. Bu baxımdan yanaşmalara görə, münasibətim də dəyişir.

- İncəsənət xadimi və ya aktyor dedikdə Azərbaycanda ağlınıza ilk öncə kim gəlir?

- Ağlıma ilk öncə təbii ki, üzərimdə böyük zəhməti olan əvəzedilməz müəllimlərim gəlir. Gənclərin yaradıcılıq ideyalarının yaşlı nəslin çoxillik təcrübəsi ilə bu yolda bizimlə addımlayan ustadlarım.

Bizim çox istedadlı, dünya arenasına çıxarılacaq aktyor və aktrisalarımız var. Həm gənclərdən həm də qocamanlardan.

- Aktyor ola bilməsəydi indi E. Murtuzov hansı işlə məşğul idi?

- Müstəntiq olardım. Və ən qəti cinayətlərin üstünü açardım.

- Azərbaycanda istedadlı gənclərdən, sənətçilərdən birisiniz. Sizcə gündəmdə olmağınız üçün nə tələb olunur? Və ya nə kimi dəstək olmalıdır sizə?

- Gündəmdə olmaq üçün şansın olmalıdır. Dəstək olaraq isə, maliyyə dəstəyi olmalıdır. Əgər televiziya proqramlarını nəzərdə tutursunuzsa, televiziyanın rəhbərliyi nəinki mənə bütün istedadlı gənclərə düzgün vaxt ayırmalıdır.

- Qastrol səfərlərində olursunuz zaman-zaman. Yadda qalan ən maraqlı qastrol səfəriniz hansıdır?

- Mardoviya Respublikasının Saransk şəhərində qastrol səfərində olduğumuz zaman maraqlı anlar yaşamışam və bu ən çox xatirimdə qalanlardandır. Maraq doğuran o idi ki, "Novruz" bayramı ərəfəsində biz orda idik. Və orada biz adət-ənənələrimzi tərənnüm etdik. Bir-bir qapıları gəzib papaq atırdıq. Onlar qapını açarkən təəccüblə baxırdılar və biz onlara bunun Azərbaycanın adət-ənənəsi olduğunu izzah etdiyimiz zaman onlar çox maraqla qarşılayırdılar.

- Avropa mədəniyyəti və ya musiqi mədəniyyəti ilə Azərbaycan musiqi mədəniyyəti arasında hansı fərqləri görə bildiniz?

- Belə deyərdim ki, biz öz mədəniyyətimizi onlara, onlar isə bizə verib. Onlar bizdən yaxşıları, biz isə onlardan pisləri götürmüşük.

- Gənclərin teatra münasibəti necədir?

- Kinoteatrlar inkişaf olunandan sonra gəclərin teatra marağı azalıb və həmçinin əsərlərə aid kitabların oxucuları çox az olduğu üçün məlum məsələdir ki, teatrlara da axın zəif olur.

Məsələn: Bu gün Rus Dram teatrında "Karamazov qardaşları" tamaşasında kütlə çox az idi. Bu da ondan irəli gəlir ki, bu əsəri oxumayıblar və gəlib baxdıqları zaman da tamaşanı anlamaqda çətinlik çəkirlər.

- Keyfiyyətdən danışmışkən işinizə ciddi nəzarətiniz məlumdur. İstedadlı və ya peşəkar sənətçi olmağınız təbliğat kimi də özünü doğrulda bilirmi?

- Təbliğat üçün yaxşı produsser lazımdır. Mən öz işlərimi özüm təbliğ edirəm və çox təəssüf Azərbaycanda produsserlik yox səviyyəsindədir.

- Keçmişin şagirdi bu gün Rus Dram teatrının aktyoru kimi işə gələrkən nə hisslər yaşayır?

- Mənim hər teatra gəlişimdə çox şanslı biri olduğumu hiss edirəm. Elə bilin ki, yayın qızmar istisində sudan yandığınız halda sərin suyu tapıb içirsiniz. O zaman hansı hisləri yaşadığınızı sözlə izah etmək nə dərəcədə çətindirsə, bax elə məndə teatra girərkən yaşadığım hisslərin izahı mümkünsüzdür.

- Bir çox məşhur rejissorların çəkdiyi filmlərdə rol almısınız. Ən çox hansı rejissorla çalışmaq sizə rahatdır?

- Əlbətdə ki, hal-hazırda rol aldığım "Vicdan haqqı" teleserialının rejissoru Rövşən İsaxla çalışmaq daha rahatdır. Çünki bu insan rejissor kimi çox peşəkardır, həm də güclü senaristdir.

- Hansı obrazınız sizə uğur gətirib?

- "Vicdan haqqı" teleserialındakı "Fuad" obrazı mənə ən çox uğur gətirib və kifayət qədər böyük tamaşaçı kütləsi qazandırıb.

"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
















- İndi hara baxsaq görərik ki, bacaran və bacarmayan bir neçə insan təhsil almadan aktyor kimi hər hansı bir məkanlarda səhnələr hazırlayır və üstəlik qarşılığında pul da yığır. Sizcə bu sənəti, və ya mədəniyyətii ucuzlaşdırmaq deyil ki? Bu, ehtiyacdan irəli gəlir?

- İstedadı olan hər bir insan aktyor və ya musiqiçi ola bilər amma təhsilin olmaması hər zaman onun ifasında özünü biruzə verəcək. Aktyor hər yerdə özünü, tamaşalarını nümayiş edə bilər. Əsas odur ki, aktyor oynadığı obrazı necə təqdim edir? O ki, qaldı küçədə ifa edib pul qazanmağa çalışanlara, əslində bunun həm mənfi həm də müsbət tərəfi var. Yəni, mənfi tərəfi odur ki, az öncə qeyd etdiyiniz kimi təhsili olmadan musiqini və ya hər hansı bir əsəri oynamağa çalışanda ortaya bərbad halda bir səhnə çıxır və bu zövqün korlanmasıdır. Müsbət tərəfi isə budur ki, ölkəmizdə çoxlu sayda xarici vətəndaşlar var və onların içərisində burada təhsil alanlar da, istirahət üçün gələnlər də var. Şəhərimizin küçələrində gəzərkən hər zaman biz bu xarici vətəndaşlarla rastlaşırıq. Küçədə musiqi alətlərində çalan həvəskar ifaçılar, və səhnələr qurub teatr göstərənlər bəlkə də özləri də bilmədən və ya xəbərsiz halda bizim milli, tarixi alətlərimizi və əsərlərimizi tanıdırlar əcnəbi vətəndaşlara. Bu kimi rastlantılar "İçəri şəhər"də mənim bir çox hallarda qarşıma çıxıb. Turistlərin dinlədiyini görmüşəm. Bu tərəfdən baxınca müsbət görünür. Amma əlbətdə ki, mən bunun təhsilsiz təbliğinin tərəfdarı deyiləm. Mütləq və mütləq savadlı şəkildə, tam məlumatlı şəkildə təbliğ etmək daha gözəldir və özümüzü düzgün şəkildə tanıda bilməkdir.

- Dövlətimizin incənəsətə, mədəniyyətimizin təbliğinə yüksək qayğısı qarşısında sizcə aktyorluq sənətini öz ifaları ilə təbliğ edənlərin reklamı niyə yoxdur?

- Cənab prezidentin qayğısı və dəstəyi ilə teatrlar yenidən quruldu. Və bütün teatrlara yeni nəfəs gəldi. Eyni ilə seriallarımızın çəkilməsi üçün vəsait ayrıldı, seriallar çəkildi və aktyorlar daha çox tanınmağa başladı. Hər hansı bir aktyor rol almadığı üçün şikayətlənirsə problem həmin aktyorun özündədir.

Düşünürəm ki, sənətçi yalnız öz üzərində çalışmalıdır ki, sənətin yüksək pilləsinə çata bilsin. Dövlət deyək ki, mənim üçün nəyisə etmədi. Evdə də görürsən ki, ata övladının hər hansı bir istəyini yerinə yetirmir. Amma birdə görürsən elə bir şey edir ki, hər şey tamam dəyişir.

- Sənətinizdən bezdiyiniz vaxtlar olub?

- Olmayıb. Hər zaman öz üzərimdə çalışıram, əlavə nələrsə öyrənirəm və bu mənə stimul verir.

- Nə baş versə incəsənəti atarsınız? Bu sənətdən uzaqlaşmağınıza vadar edə biləcək səbəb nə ola bilər?

- Yalnız sağlamlığımı və iş qabiliyyətimi itirmiş olsam. Belə hesab edirəm ki, bu istedad mənə Allahımın verdiyi böyük nemətdir, bəlkə də əmanətidir. Bu səbəbdən mən onu ata bilmərəm.

- Bu gün Azərbaycan dövlət olaraq günü gündən inkişaf edir. Bilirik ki, inkişaf edən ölkələr içərisində bu günkü Azərbaycan mədəniyyətininin əsasının qoyulmasında Ulu öndərimiz Heydər Əliyevin rolu böyükdür. Mədəniyyətimizin inkişafını necə dəyərləndirirsiniz?

- Ulu öndərimiz Heydər Əliyev təkcə Azərbaycan siyasəti üçün deyil, eyni zamanda mədəniyyət və incəsənəti üçün, daha dəqiq desək, uşaqların bu sahədə inkişafı üçün çox böyük işlər görmüşdür. Məhz bu insanın adını daşıyan müsabiqələrin keçirilməsini mən bir incəsənət adamı olaraq ilk növbədə borc kimi görürəm. Yaşadığı dönəmlərdə prezident olaraq Azərbaycan üçün nələr etdiyini hamımız çox yaxşı bilirik. O, Azərbaycanı çətin sınaqlardan çıxarmış şəxsiyyətdir. Heydər Əliyevin dahiliyi də onda idi ki, güclü dövlətin əsasının məhz güclü mədəniyyətdən təməl götürdüyünü bilirdi.

Mən çox istərdim ki, müsabiqələrimiz daha da çox olsun. Heydər Əliyevin ruhu həqiqətən o zaman şad olardı, çünki onun başladığı iş yüksək səviyyədə davam etdiriləcək. Bütün incəsət üzrə yeni adların tanınmasını arzu edirəm.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Ümumiyyətlə gələcək planlar haqqında öncədən informasiya vermirəm. Ona görə ki, bu barədə danışsam fikirlərimi oğurlaya bilərlər.

- Elşad bəy təşəkkür edirəm səmimi söhbətiniz üçün və qonağımız olduğunuz üçün.

- Hər zaman dəvətinizi qəbul etməyə hazıram. Mən təşəkkür edirəm öncəliklə sizə ki, gözəl suallar tərtib etmisiniz. Demək olar ki, həm şəxsi yaradıcılığımdan həm də ümumi məsələlərdən ətraflı söhbət edə bildik. Və Xalqİnfo.az Xəbər Portalının rəhbərliyinə minnətdaram yada salmısınız, dəyər vermisiniz.


www.xalqinfo.az
Şəfa Rasimqızı

"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
"Avropa ilə mədəniyyətlərimizi dəyişik salmışıq" - "Vicdan haqqı"nın Fuadı
Geri qayıt