DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR > Alim Qasımovdan yenilik...

Alim Qasımovdan yenilik...


14-09-2014, 10:23. Yerləşdirdi: Tural Alim Qasımovdan yenilik...
Bəstəkar Tural Bakuvi və müğənni Ramal Rəsul xalq artisti, muğam ustası Alim Qasımov ilə iş birliyinə başlayıb.

Yeni proyektin yaxın müddətdə tam hazır olacağını bildirən sənətçilər, sözü gedən mahnının indiyə qədər işlənmiş digər proyektlərdən tam fərqli olduğunu və dinləyicilərin qəlbində kök salacağını bildiriblər. Sözləri Elxan Cəfərliyə aid mahnının bəstəkarı Tural Bakuvi “Qafqazinfo”ya açıqlamasında Alim Qasımovla işləyəcəklərindən dolayı fəxr etdiyini və yeni mahnının çox seviləcəyinə əmin olduğunu bildirib: “Yeni bir proyektimiz var. Həqiqətən möhtəşəm proyektdir. Adı Dünyadır. Musiqisi mənə, sözləri Elxan Cəfərliyə aiddir. Mahnı etno-rok üslubundadır. İstedadlı gənc ifaçı Ramal Rəsul və Alim müəllimin dueti şəklindədir. İşlər demək olar ki tamamlanıb və yaxın bir-iki həftə ərzində dinləyicilərin ixtiyarında olacaq. Bu arada hər kəs bilir ki, Azərbaycanda alternativ-etno-rok janrının banisi bizik və düşünürəm ki bu iş bizdə kifayət qədər uğurlu alınır”.

Alim Qasımovla duet oxuyacaq müğənni Ramal Rəsul isə həmişə Alim Qasımovla duet oxumaq istədiyini deyib: “Yeni proyektimiz doğurdan da fövqəladədir. Bunun səbəblərindən biri də odur ki, orada muğam sənətimizin canlı əfsanəsi Alim Qasımovun səsi var. Mahnının aranjimanı özümə aiddir. İfaçı və aranjimançı olaraq ilk növbədə bu böyük musiqiyə görə Tural Bakuviyə minnətdarlığımı bildirirəm. Mən bu proyekti konkret bir musiqi janrına aid etməzdim, mahnı muğam, estrada və alternativ-hard-etno rok üslublarının sintezidir. Yeri gəlmişkən bildirmək istərdim ki, əslində bu proyektim məzmun baxımından, xalq artisti Flora xanım Kərimova ilə ifa etmiş olduğum “Bağışla” və eyni zamanda solo ifa etmiş olduğum “Tənha Gecələr” gecələr mahnılarının davamı da sayıla bilər. Və qeyd edim ki, sadaladığım mahnıların hər birinin sözləri və musiqisi mənim üçün özü və yaradıcılığl ləqəbi kimi kreativ olan bəstəkar Bakuviyə aiddir.

Alim Qasımov isə belə bir mahnı ifa etmək təklifinin gənclərdən gəldiyini bildirib: “Əlimdən nə kömək gəlirsə mən həmişə gənclərə kömək oluram. Ümid edirəm cəmiyyət üçün maraqlı bir layihə olar və tez bir zamanda bəyənilər”.
Qafqazinfo
Geri qayıt