DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Qanun ATV-nin etdiyinə yol verirmi?

Qanun ATV-nin etdiyinə yol verirmi?


10-01-2017, 14:07. Yerləşdirdi: sefa Qanun ATV-nin etdiyinə yol verirmi?

ATV kanalında yayımlanan “Yoxlama” verilişi ilə 171 nömrəli orta məktəbin rəhbərliyi arasında yaranan qalmaqal səngimək bilmir. Məktəb rəhbərliyi telekanal əməkdaşlarını kollektivə və şagirdlərə qarşı kobudluq etdiyini, kanal rəsmiləri isə hər şeyin qanunauyğun şəkildə baş verdiyini və cəmiyyət üçün nəzərdə tutulduğunu bəyan edir.

MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov da məsələyə münasibət bildirən zaman verilişin əvvəlki buraxılışlarında hər hansı qanun pozuntusunun qeydə alınmadığını, budəfəki buraxılış da efirə getdikdən sonra təhlil edib nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyini qeyd edib.

Bütün bunlara baxmayaraq məktəb rəhbərliyi hələ də çəkilişlərin qanunsuz olduğunu iddia edir: “Məktəblərin yoxlanması səlahiyyətini ona kim verib və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun bu səlahiyyətləri Azərə və onun komandasına veribmi?”

“Qafqazinfo” məktəb rəhbərliyinin media vasitəsilə ünvanladığı suallara cavab almaq üçün media eksperti Ələsgər Məmmədli ilə əlaqə saxlayıb.

Qanun ATV-nin etdiyinə yol verirmi?














Ekspert bildirib ki, KİV haqqında qanun jurnalistlərə hüquq verir ki, onlar ictimai əhəmiyyətli hər bir obyekt və ya dövlət qurumunda çəkiliş edə, informasiya toplaya və ötürə bilsinlər:

“Söhbət qanunvericilik baxımından jurnalistin harada informasiya toplaya bilməsindən gedirsə, “KİV haqqında” qanunun 8-ci maddəsi jurnalistlərə hüquq verir ki, ictimai əhəmiyyətli gördükləri istənilən obyektdən informasiya toplaya və yaya bilərlər. Bu kimi hallarda medianın kimdənsə icazə almasına ehtiyac yoxdur. Bundan başqa, jurnalistin qanuni peşə fəaliyyətinə kimsə mane olursa, zor tətbiq edərsə, Cinayət Məcəlləsinin 163-cü maddəsi buna görə məsuliyyət müəyyən edib. Yəni, jurnalistin fəaliyyəti zamanı heç kim ona mane ola bilməz”.

Media eksperti məktəb rəhbərliyinin kanal işçilərinin icazəsiz, zor yolu ilə məktəbə daxil olması ilə bağlı verdiyi açıqlamalara da münasibət bildirib:

“Zorakılıqla məktəbə daxil olmaq anlayışının özü də də maraqlıdır. Əgər media nümayəndələrinin məktəbə girişinə qadağa qoyulursa, bu, jurnalistə qarşı zorakılıqdır. Jurnalist o zorakılığı dəf edib girirsə, öz hüququnu sərt formada tələb etmiş olur. Əgər jurnalist hər hansı obyekt və qurumdan məlumat toplamaq istəyirsə, orada bunun üçün şərait yaradılmalıdır. Çünki jurnalistin təməl funksiyası ictimai nəzarətdir. Əgər cəmiyyət hər hansı bir iaişə obyektində, dövlət qurumunda nə olduğunu bilmək istəyirsə, media da orada olmalıdır”.

Məsələylə bağlı münasibət öyrənmək üçün Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirilib ki, sözügedən hadisə ilə bağlı Təhsil İdarəsi məlumat yayacaq.




Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində
Geri qayıt