DataLife Engine > Mədəniyyət > Hitlerin kitabı Almaniyada Bestseller oldu

Hitlerin kitabı Almaniyada Bestseller oldu


3-01-2017, 22:13. Yerləşdirdi: sefa Hitlerin kitabı Almaniyada Bestseller oldu

Almaniyada yenidən işıq üzü görən Adolf Hitlerin “Mein Kampf” (“Mənim mübarizəm”) kitabının satışı sürətlə artır.

Xalqinfo” xəbər verir ki, bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb.

München universitetinin direktoru Andres Virşinqin söyləyib ki, kitabların satışı gözləniləndən 20 dəfə çox olub.
O, ötən il 85 min kitabın satıldığını vurğulayıb.

Onun sözlərinə görə, yanvarın sonuna kimi kitabın altıncı tirajının işıq üzü görəcək.

Xatırladaq ki, 2016-cı ilin mayında “Mein Kampf”ın məktəb proqramına əlavə oluna biləcəyi bildirilmişdi.

Qeyd edək ki, sözügedən kitab dünyanın bir çox ölkəsində qadağan olunub.(Qafqazinfo)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt