DataLife Engine > Mədəniyyət > Ceki Çan “Oskar” aldı

Ceki Çan “Oskar” aldı


13-11-2016, 18:47. Yerləşdirdi: sefa Ceki Çan “Oskar” aldı

Məşhur aktyor Ceki Çan kino sənətinə verdiyi töhfələrə görə fəxri “Oskar mükafatına layiq görülüb.


Xalqİnfo” Report-a istinadən xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının “Twitter” səhifəsində məlumat yerləşdirilib.

Təntənəli mükafatlandırma mərasimi şənbə günü Los-Ancelesdə keçirilib.

“200 filmdən, qırılan sümüklərdən sonra, nəhayət ki, o ("Oskar") mənimdir”, - deyə 62 yaşlı aktyor mərasimdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, C. Çan 100-dən çox filmdə baş rolda çəkilib. O təkcə aktyor yox, həm də rejissor, prodüser, ssenarist və müğənnidir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Ceki Çan “Oskar” aldı
Geri qayıt