DataLife Engine > Mədəniyyət > “Vəsiyyət”in premyerası keçiriləcək

“Vəsiyyət”in premyerası keçiriləcək


4-11-2016, 20:44. Yerləşdirdi: sefa “Vəsiyyət”in premyerası keçiriləcək

Akademik Milli Dram Teatrının kollektivi 144-cü teatr mövsümündə yeni səhnə əsəri ilə tamaşaçılar qarşısında çıxış edəcək.

Xalqİnfo.az xəbər verir ki, teatrın mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, noyabrın 5-də yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasının premyerası keçiriləcək. İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), Münəvvər Əliyeva, aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli və başqaları çıxış edirlər.

Tamaşanı Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt