DataLife Engine > Mədəniyyət > Məhəmməd Füzulinin qəzəl dünyası

Məhəmməd Füzulinin qəzəl dünyası


21-10-2016, 20:01. Yerləşdirdi: sefa Məhəmməd Füzulinin qəzəl dünyası
Noyabrın 16-da Heydər Əliyev Sarayında Məhəmməd Füzulinin qəzəl dünyası adlı konsert proqramı keçiriləcək.

Konsert proqramında, Respublikamızın sevilən və populyar sənətkarları Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov, Əminə Yusifqızı, Aygün Bayramova, Gülyaz Məmmədova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Nuriyyə Hüseynova, Səbuhi İbayev, Almaz Orucova, Fərqanə Qasımova, Babək Niftəliyev, Bəyimxanım Mirzəyeva, Firuz Səxavət və tanınmış gənc müğənnilər Abgül Mirzəliyev, Sərxan Bünyadzadə, Məmməd Nəcəfov iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərini şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiz.

Biletlərin qiyməti: 20-50 manat

Əlaqə telefonları (012) 441-21-31, (050) 332-36-30

Konsertin informasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-a məxsusdur.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az
\
Məhəmməd Füzulinin qəzəl dünyası
Geri qayıt