DataLife Engine > Mədəniyyət, MARAQLI > Şumer mədəniyyətinin sirri —

Şumer mədəniyyətinin sirri —


11-10-2016, 01:09. Yerləşdirdi: sefa Şumer mədəniyyətinin sirri —
Şumer sivilizasiyası dünyanın ən qədim mədəniyyəti sayılır

Tarixi faktlara əsaslansaq, bu mədəniyyət 4-cü minilliyin sonunda meydana çıxıb. Maraqlısı odur ki, Şumer sivilizasiyası dünya tarixinə qəflətən, birdən-birə çıxıb. Bir müddət tarixçilər şumerlərin semitlərə aid olduğunu düşünsə də, tədqiqatçılar şumerlər və semit tayfaları arasında heç bir əlaqə tapa bilmədilər. Semit tayfaları Mesopotamiya ərazisinə şumerlərdən bir müddət sonra yerləşiblər.

Qeyd etmək lazımdır ki, Şumer mədəniyyəti dil və adətləri ilə semitlərdən çox fərqlənir.

Son illər aparılan tədqiqatlar isə, şumerlərin türkdilli tayfalara qohum olduğunu üzə çıxarır. Bəzi alimlər isə, şumerlərin prototürk olduğunu iddia edir.

Şumerlərə aid olan bütün tarixi hadisələr çox qəribədir və sirrlərlə doludur.

Bəşəriyyətin yazılı elmlər, metal emalı, təkərin kəşfi və bir çox yenilikləri məhz şumerlərin adı ilə bağlıdır. Bundan başqa etiraf etmək lazımdır ki, müasir elmin bu yaxınlarda əldə etdiyi biliklər qədim şumerdə məlum idi və geniş istifadə edilirdi. Şumerlərdən sonra kifayət qədər çoxlu sirr və müəmma qalıb. Bu günə qədər də bu məsələlərin məğzini anlamaq mümkün deyil və tədqiqatlar, araşdırmalar davam edir.

Bundan başqa, qeyd etmək lazımdır ki, şumer əlyazmaları, yəni mixi yazıların mənaları tədqiqatçılara şok effekti yaşadıb. Birincisi, şumerlərin istifadə etdikləri say sitemi bu gün müasir kompüter texnologiyasında istifadə edilir.

İkincisi, qədim şumerlilər Fibonaççi rəqəmlərindən istifadə edirdilər və kimya, cərrahiyyə, riyaziyyat, astronomiya, kənd təsərrüfatı və fitoterapiya sahəsində çox dərin biliklərə sahib idilər. Dünya tarixində sabun bişirmək də şumerlərə məxsusdur.

Eyni zamanda, şumerlilər pivə hazırlamağı bacarır və tarixdə ilk təkəri icad etmişdilər. Əminliklə söyləmək olar ki, şumer sivilizasiyası səviyyəsinə görə müasir sivilizasiyaya çox yaxın idi.

Üçüncüsü, şumerlər inkişaf etdirilmiş dövlət idarə sistemindən istifadə edirdilər. Demokratik idarə sistemi, məhkəmələr, vətəndaşların hüquqlarını müdafiə edən qanunlar o dövr üçün qeyri-adi sayılırdı. Unutmaq lazım deyil ki, Şumer bu mədəniyyətə sahib olanda nə qədim Yunanıstan, nə də Roma tarix səhnəsində yox idi.

Bir çox gil lövhələr üzərində atalar sözü, ibrətamiz hekayə və hətta macəralar da qeyd edilib.

Arxeoloji qazıntılar sübut edib ki, ilk dəfə kərpic şumerlilər tərəfindən bişirilib. Bişmiş kərpiclərdən gözəl məbədlər və saraylar ucaldılırdı.

Eyni zamanda, sənayedə istifadə etmək üçün nəzərdə tutulan qızılı şumerlilər şaxtalardan əldə edirdilər. Arxeoloji qazıntılar zamanı belə şaxtalar üzə çıxıb. Bu zaman bir sual ortaya çıxır: daş dövründə bu qədər qızıl insanların nəyinə lazım idi? Bu sualın cavabını şumer mifologiyasında axtarmaq lazımdır.

Şumer mətnlərinə əsasən, Günəşin ətrafında 12 planet dövr edir. Bundan başqa, Yupiter və Mars arasında Nibiru adlı planet mövcuddur. Onun orbiti elipsvari trayektoriyaya sahib olduğu üçün bu planet 3600 ildən bir Günəş sistemində peyda olur. Qeyd etmək yerinə düşər ki, Nibiru 2100-2158-ci illər arasında Yer planetinin yaxınlığından keçəcək.
Astronomlar tərəfindən naməlum səma cisminin qalıntıları tapılıb. Bu səma cisminin də analoji olaraq Nibiru planetinin orbitinə bənzər orbiti mövcud olub.

Şumer mətnlərinə əsasən, 4 milyard il öncə baş verən böyük fəlakət nəticəsində Günəş sisteminin görünüşü dəyişilib. Bir çox planetin oxu yerindən çıxıb. Ola bilər ki, bu səbəbdən anunakilər kainatda baş verən qəzadan sonra planeti bərpa etmək qərarına gəliblər.

Şumerlər iddia edirlər ki, anunakilər məhz Nibiru planetindən Yer kürəsinə təşrif buyurub. Hətta müqəddəs İncildə də anunakilər nifilim, yəni səmadan enmişlər adlandırılır. Anunakilərin ömrü 360 min ilə bərabərdir. Onların ölçüləri nəhəng olub. Qadınların boyu 4, kişilərin boyu isə 5 metr olub. Tipik anunaki geniş simalı, qara saçlıdır. Anunakilər çəkdiyi rəsmlərdə qulaqlarını uzun qələmə alırdılar. Çünki onların arasında bu, müdriklik sayılırdı.

Şumer sivilizasiyasının tədqiqatçılarının fikrinə görə, Yer planeti sakinləri anunakilər tərəfindən klonlaşdırılaraq yaradılıb. Onların məqsədi qızıl tapmaq idi. Əvvəlcə Nibiru sakinləri Fars körfəzində qızıl axtarsalar da, nəticə əldə edə bilmədilər. Sonradan qızıl mədənlərdə axtarılmağa başlandı. Bir versiyaya əsasən, Nibiru planetini atmosferdən qorumaq üçün anunakilərə külli miqdarda qızıl lazım idi. Qeyd etmək lazımdır ki, bu tip texnologiya bu gün də bir çox kosmik layihələrdə istifadə edilir. Mədənlərdə yığılan qızıl 3600 ildən bir Nibiruya göndərilirdi. Çünki 3600 ildə bir dəfə planet Yer kürəsinin yaxınlığından keçirdi.

Şumer əfsanələrinə əsasən, anunakilər 150 min il Yer planetində qızıl axtarıblar. Amma onlar arasında ciddi qarşıdurma yaranıb. Bu isə Nibiru planetinin xilas planlarını reallaşdırmağa mane olurdu. Qədim Şumer əlyazmalarına inansaq, anunakilər özlərinə köməkçi, yəni insanları yaratmaq qərarına gəldilər. Eyni mənbənin verdiyi məlumata görə, anunakilər genetika sahəsində çox dərin biliklərə sahib idilər və bu səbəbdən süni yolla insan yaratmaq qərarına gəldilər.

Yazılara inansaq, insan yaratmaq üçün anunakilərə təmiz steril şərait və mühit, qadın cinsinə aid meymunun hüceyrələri lazım idi. Mayalanan qadın meymun yumurtalıqlarına anunakilərin qanından alınmış DNK əlavə edilirdi. Bir neçə prosesdən sonra insan yaranırdı. Əfsanələrə əsasən, yadplanetlilərin insan yaratma ideyası o dəqiqə reallaşmadı. Bu çox uzun vaxt aparan bir iş idi. Uğursuz alınan bir çox eksperimentdən sonra nəhayət ki, insan əldə edildi. Amma bu yol çox uzun olduğu üçün kifayət qədər işçi əldə etməyə yararsız sayılırdı. Bu zaman anunakilər insanları klonlaşdırmağa başladılar. Bir neçə nəsildən sonra insanların xarici görünüşü gözəlləşməyə başladı və anunakilər Yer qadınları ilə evlənməyə başladılar. Bu nikahlardan sağlam insanlar dünyaya gəldi. Bu barədə də İncil mətnlərində yazılıb: "Tanrılar yerli qadınların yanına getməyə başladılar və yarıtanrı insanlar doğuldu".

Şumer əfsanələrinə əsasən, ilk homo sapiens Yer kürəsində 300 min il əvvəl yaradılıb. Bu teoriyaya əsasən, müasir sivilizasiya biorobotlar sivilizasiyasıdır.

Öz imkan və xarici görünüşlərini Yer sakinlərinə bəxş edən anunakilər bəşəriyyətə uzunömürlülük vermədilər.

Boy məsələsinə gəldikdə isə, Qədim Misirdə Exnatonun 4.5 metr, Nefertitinin isə 3.5 metr hündürlükdə olduğu məlumdur. Günümüzdə Misirdə aparılan arxeoloji qazıntılar zamanı 7 yaşlı uşağın sümükləri tapılıb. Qahirə muzeylərindən birində saxlanılan eksponatın boyu 2.5 metrdir.

Qeyd etmək yerinə düşər ki, Şumer sivilizasiyası planetimizdə yeganə sivilizasiya deyil. Amma onu ən sirli və müəmmalı sivilizasiya adlandırmaq mümkündür. Ehtimal etmək olar ki, Şumer mədəniyyəti uzun illər və əsrlər Yer sakinləri ilə qaynayıb-qarışıb. Tanrılar, yəni anunakilər planetimizi tərk ediblər.

Bu gün də aparılan tədqiqat və araşdırmalar şumerlər haqda bir çox məlumatlar əldə etməyə kömək edir. Amma bu günə qədər də bəşəriyyət bu sivilizasiyanın necə yarandığını, necə yüksək mədəniyyətə və inkişafa sahib olduğunu anlaya bilmir. Hər şeyin Tanrılar, yəni anunakilər tərəfindən ötürüldüyü versiyası hələ də ən real versiya olaraq qalır.

Yuxarıda sadalanan faktlar Şumer tabloid və gil löhvələrinə əsasən yazılıb. Bu faktların, yəni Yer planetində bəşəriyyətin yaranması ilə bağlı əfsanələrin nə dərəcədə real olub-olmadığı bu günə qədər də tədqiqatçıların əsas problemlərindən biridir. Yəqin ki, hələ uzun illər Şumer sivilizasiyasının yaranma sirri tapılmayacaq.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri —
Şumer mədəniyyətinin sirri — Şumer mədəniyyətinin sirri —
Geri qayıt