DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR, MANŞET > Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada

Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada


8-10-2016, 12:22. Yerləşdirdi: sefa Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada
Heydər Əliyev Fondu Fransada “Nizami Gəncəvi və Məhsəti Gəncəvi: XII əsrlə XXI əsri birləşdirən ədəbi körpü” adlı layihəsi çərçivəsində bir çox şəhərlərdə tədbirlər təşkil edib.

"Xalqİnfo" xəbər verir ki, Fondun növbəti tədbiri Fransanın Konyak şəhərində dünya şöhrətli rübailər ustası Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi olub.

Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi olan Məhsəti Gəncəvinin heykəlinin şəhər mərkəzində, meriyanın bağında ucaldılması burada əsl Azərbaycan mühiti yaradıb.

XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadlarından biri, poetik yaradıcılığı yerli və xarici şərqşünasların diqqət mərkəzində olan və yüksək qiymətləndirilən Məhsəti Gəncəvinin ağ mərmərdən hazırlanmış heykəlinin açılış mərasimi Konyak şəhərinin meri Mişel Qurənşanın çıxışı ilə başlayıb.

Açılış mərasimindən sonra meriyada təşkil olunan kokteyldə tarzən Rövşən Qurbanovun və kamança ustası Ceyhun Muradovun müşayiəti ilə Gülay Zeynallı muğamlarımızı ifa edib.

Tədbir iştirakçıları Azərbaycan muğamlarına valeh olduqlarını bildiriblər.


Əlaqə üçün E - mail: Xalqinfo@mail.ru

Xalqİnfo.az

Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada
Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada
Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada
Məhsəti Gəncəvinin heykəlinin açılış mərasimi - Fransada
Geri qayıt