DataLife Engine > Mədəniyyət, BLOK XƏBƏR > "Eurovision"da ilk dəfə münsiflərin tərkibi açıqlandı -

"Eurovision"da ilk dəfə münsiflərin tərkibi açıqlandı -


1-05-2014, 20:32. Yerləşdirdi: Tural "Eurovision"da ilk dəfə münsiflərin tərkibi açıqlandı -
"Eurovision" mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq təşkilatçılar münsiflər heyəti üzvlərinin adlarını açıqlayıblar.

Mayın 6-dan 10-dək Danimarkanın paytaxtında keçirilən "Eurovision-2014"-ün iştirakçılarını Azərbaycandan 5 nəfər qiymətləndirəcək. Azərbaycan münsiflər heyətinə Bakı Musiqi Akademiyasının pororektoru, bəstəkar və pianoçu Yeganə Axundova rəhbərlik edəcək.
Heyətin digər üzvləri arasında "Eurovision-2011" finalının qaliblərindən (Ell&Nikki dueti) biri Nigar Camal diqqəti cəlb edir.
Bundan başqa, Azərbaycanın münsiflər heyətinə xalq artisti Mübariz Tağıyev, opera müğənnisi Samir Cəfərov və 34 yaşlı müğənni Xəyyam Mustafazadə daxildirlər.
“Biz inanırıq ki, yarışmadan əvvəl münsiflər heyəti tərkibinin açıqlanması aşkarlıq istiqamətində mühüm addımlardan biridir və müsiqi dünyasının bu qədər peşəkar nümayəndəsinin "Eurovision" mahnı müsabiqəsinin təşkilinə qoşulmasından çox məmnunuq” – deyə yarışmanın təşkilatçılığına məsul olan Avropa Yayımçılar Birliyinin nümayəndəsi Jon Ola Sand bildirib.
Xatırladırıq ki, "Eurovision" yarımfinal və final mərhələrində çıxışların qiymətlərndirilməsinin 2 əsas mənbəyi olur. İştirakçıların qazandığı balların 50 faizi münsiflərin dəyərlədnirilməsi, digər yarısı isə tamaşaçıların birbaşa SMS və online səsləri əsasında formalaşır.
Səsvermənin təşkili ilə bağlı "Eurovision" təşkilatçılarının ünvanına dəfələrlə tənqidlər səslənsə də onlar ittihamları rədd edərək, yarışmanın ədalətli aparıldığını bildiriblər.
Virtualaz.org
Geri qayıt