DataLife Engine > Mədəniyyət > Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi


23-01-2015, 12:47. Yerləşdirdi: Esi Xalq artisti xəstəxanaya yerləşdirildiXalq artisti Nuriyyə Əhmədova xəstəxanaya yerləşdirilib
Xalq artisti Nuriyyə Əhmədova dünən gecə saatlarında Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan apa-ya verilən məlumata görə, xalq artisti hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib:

“Hazırda vəziyyəti normaldır. Ciddi, narahatlığa səbəb olacaq heç bir şey yoxdur”.

Xəstəxanadan əlavə ediblər ki, xalq artisti sabah palataya köçürüləcək.
Geri qayıt