» » İsrafil İsrafilovdan teatrla bağlı yayılan xəbərə -

İsrafil İsrafilovdan teatrla bağlı yayılan xəbərə - REAKSİYA

Bölmə: Mədəniyyət
İsrafil İsrafilovdan teatrla bağlı yayılan xəbərə - “Bu yaradıcı işdir. Əlbəttə, yaradıcı işdə problemlər də yaşanır. Bunu faciəyə çevirmək lazım deyil”.
Bu sözləri Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün aznews.az saytında yayımlanan “Xalq artisti “Azdrama”da dava saldı” yazısına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hər ilin sonunda görülən işlər mütləq kollektivlə müzakirə olunur və bu zaman hər bir aktyorun fikrləri dinlənilir: “Bu il də ilin sonunda geniş iclas keçirdik. Heç bir davadan söhbət gedə bilməz. Aktyorlar razı və narazı qaldıqları məsələləri qaldırdılar. Biz də onlara öz cavablarımızı verdik. Bu, normal iş prosesidir. Mən həmişə yeni ildə kollektivi təbrik edirəm. Bu mütləqdir. İlin sonunda nə olur? İnsanlar ilin sonunda görülən işlərə münasibət bildirir. Yeni ildə bizim kollektiv də başqaları kimi bir-birinə uğurlar arzu edir. İclasda arzu və təkliflərimizi bildiririk. Orda da arzu şəkilndə bir çıxışlar oldu. Biz də yığışıb ötən ilə nəzər saldıq, hansı tamaşalara quruluş verildi, hansı tamaşalar ölkədən kənarda nümayiş olundu və.s. Bizim üçün 2014-cü il uğurlu oldu. Hazırladığımız 11 tamaşadan 8-ni teatrın daxili imkanları hesabına etdik. Bu, böyük naliyyətdir. Teatrın tarixində heç vaxt belə şey olmayıb. Teatr son iki ildə 7 dəfə Beynəlxalq Teatr Festivalında olub. İlk dəfə olaraq biz İsveçə qastrola getdik. Bu, Azərbaycan teatrının ən böyük hadisəsidir. Heç vaxt teatrda əsərlərin quruluşu elmi-nəzəri səviyyədə tənzimlənməyib. Bu gün teatrda bir elmlər doktoru, fəlsəfə doktoru, 3 doktarant fəaliyyət göstərir. Bunlar nailiyyətdir”.

Direktor əlavə edib ki, bu ilin uğuru həm də Yunus Oğuzun dramaturq kimi teatra nəfəs gətirməsidir: “Böyük işlər çox görülür. Teatrda studiya fəlaiyyət göstərir. Maraqlı məşğələlər aparılır. 5 il bundan öncə biz onu arzu edə bilərdik. Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı bizə ciddi tapşırıqlar verir. Ədalət Vəliyev gəlib studiyanın işinə baxıb və çox da yüksək qiymətləndirib. 10 ay ərzində bunları görmək az iş deyil”.

Qeyd edək ki, dünən Akademik Milli Dram Teatrında ilin yekunlarına və təzə ildə görüləcək işlərlə bağlı iclas keçirilib. Aktyorların bəziləri aktyorlarla iş prinsipinin direktor tərəfindən düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər. Direktor bu iradların heç birini qəbul etmədiyini bildirdikdə isə tərəflər arasında mübahisə düşüb. Direktora ən kəskin reaksiyanı teatrın aktyoru, Xalq artisti İlham Əsgərov verib. Məlumata görə, İlham Əsgərov 5-6 aktyorun köməkliyilə sakitləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler