» » “Əməkdar artist adını özümə yaraşdırmırdım”-

“Əməkdar artist adını özümə yaraşdırmırdım”- Rəmiş

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR
“Əməkdar artist adını özümə yaraşdırmırdım”-
Bu gün xalq artisti adına layiq görülən gitaraçı Rafiq Hüseynov (Rəmiş) təəssüratlarını bölüşüb.


“qafqazinfo” xəbər verir ki, axşam.az-ın əməkdaşı ilə söhbətində musiqiçi hər kəsə minnətdarlıq edib:

“Evdə yox idim, şəhərdə gəzirdim. Zənglər gəldi, hamı təbrik etdi. Çox sağ olsun prezident məni bu ada layiq gördü. Bu, xalqın sənətimə olan sevgisindən irəli gəlir. Məni xalqım bu səviyyəyə çatdırdı. Prezident isə bunu qiymətləndirdi. 70 yaşım var. Əməkdar artist adını özümə yaraşdırmırdım”.

Rəmişin həyat yoldaşı Gülü Hüseynova isə “70 yaşında sənətkar üçün bundan gözəl hədiyyə ola bilməzdi. Prezidentimiz və xanımına minnətdarıq. Gözlənilməz oldu” deyə bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler