Sabir ustanın - məhatəti

Bölmə: Mədəniyyət, MARAQLI
 Sabir ustanın
Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən olan Gəncə şəhərində bu gün onlarla saatsaz fəaliyyət göstərir. Onlardan tanınanı da var, tanınmayanı da. Lakin bu saatsazlar arasında ən yaşlısını - 86 yaşlı usta Sabiri şəhərdə tanımayan yoxdur. O, neçə-neçə nəslin saatına ikinci həyat verib.

Bu gün Gəncə şəhərində artıq hamı bilir ki, qədim saatların ən mahir ustası odur. Ona gərə də Gəncə və ətrafda yaşayanlardan əlavə, usta Sabirə Rusiyadan, Gürcüstandan, hətta İsrail və Almaniyadan da saat təmiri üçün müraciət edənlər olur. Köhnə sovet saatlarından əlavə, usta İsveçrə, Yaponiya, Almaniya və digər ölkələrin istehsalı olan saatları da təmir edir.

Usta Sabir Məmmədov AzərTAc-a bildirib ki, mənim babam da saatsaz olub. Böyük Vətən müharibəsi illərində babasının yanında şagird olan balaca Sabir bu sənətin sirlərini qısa zamanda mənimsəyərək sərbəst işləməyə başlayıb.

Bu gün ömrünün ixtiyar çağını yaşamasına baxmayaraq usta Sabir fəaliyyətini davam etdirir. Ən mürəkkəb saatların bilicisi kimi o, bəzən saatların hissələrini də özü düzəldir. Hazırda Gəncədə onun sənətini davam etdirən onlarla saatsaz var. Onlar günü bu gün də çətinliyə düşəndə ustalarına müraciət edirlər.

Usta Sabirin emalatxanasında müxtəlif dövrlərə aid onlarla saat asılıb. Onlara baxdıqca adam bir anlığa keçmiş zamanlara qayıdır. Bir anlığa adama elə gəlir ki, zamanı ölçməklə indiyədək neçə-neçə insan nəslini yola salmış bu saatlar sanki səbirsizliklə usta Sabir tərəfindən onlara ikinci ömür veriləcək anı gözləyir.


 Sabir ustanın

 Sabir ustanın

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler