» » Bəstəkar Vaqif Mustafazadənin vəfatından 35 il ötür

Bəstəkar Vaqif Mustafazadənin vəfatından 35 il ötür

Bölmə: Mədəniyyət
Bəstəkar Vaqif Mustafazadənin vəfatından 35 il ötür

Bu gün görkəmli bəstəkarı, pianoçu, Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin vəfatının 35-ci ildönümüdür. Vaqif Mustafazadə 16 mart 1940-cı il Bakı şəhərində anadan olub. 1963-cü ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. O, «Leyli» vokal kvartetinin, yeni Caz-Muğam üslubunun yaradıcısıdır. Azərbaycan musiqisinin, muğamın, klassik Amerikan caz musiqisi ilə sintezini yaradan da məhz Azərbaycan Muğam Caz Hərəkatının memarı olan Vaqif Mustafazadədir. Görkəmli bəstəkar Azərbaycan Respublikası əməkdar artisti fəxri adına layiq görülüb. Vəfatından sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilib.

Xatırladaq ki, Vaqif Mustafazadə 1979-cu ildə Daşkənddə ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.ans

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler