» » Nizami Kino Mərkəzində mətbuat üçün bağlı film nümayişi keçiriləcək

Nizami Kino Mərkəzində mətbuat üçün bağlı film nümayişi keçiriləcək

Bölmə: Mədəniyyət
Nizami Kino Mərkəzində mətbuat üçün bağlı film nümayişi keçiriləcəkDekabrın 20-də Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Olur Olur” komediya filminin mətbuat üçün bağlı nümayişi keçiriləcək.

Rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olacaq və nümayişdən sonra mətbuatın suallarını cavablandıracaq.

Sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt-üst olur. Buna səbəb illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi aptekə gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsa da, ümidi boşa çıxır və çarəsizlikdən internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir. Bundan sonra başına gəldikləri sizi çox güldürəcək...

Filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer və Ali Kobanbay kimi parlaq adlar yer alıb.

Filmin nümayişindən qabaq aktyor Alper Kul aftoqraf sessiya keçirəcək.

Nümayişdən qabaq qonaqlar soyuq - isti içkilərə və popkorna dəvət olunacaqlar.

Hörmətli KİV nümayəndələri, tədbirlə bağlı daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
milli.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler