» » Rəşid Behbudovun doğum günüdür

Rəşid Behbudovun doğum günüdür

Bölmə: Mədəniyyət
Rəşid Behbudovun doğum günüdür
Azərbaycanın estrada və opera müğənnisi, aktyor, SSRİ Xalq Artisti Rəşid Behbudovun anadan olmasının 99-cu ildönümü münasibətilə xatirəsi anılıb.


“Xalqinfo"AzərTAc-a istinadən xəbər verir ki, görkəmli sənətkarın doğum günündə ailə üzvləri və yaxınları, həmçinin Azərbaycanın mədəniyyət xadimləri Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.

“Rəşid Behbudovun dahiliyi Azərbaycan mədəniyyətinin, milli musiqimizin, operamızın görkəmli nümayəndəsi kimi illər keçdikcə daha aydın görünür”.

Bu sözləri müsahibəsində Fəxri xiyabanda atasının məzarını ziyarət etməyə gəlmiş müğənni Rəşidə Behbudova deyib. Rəşid Behbudovun həmçinin dünya musiqisinə böyük töhfələr vermiş şəxsiyyət olduğunu deyən müğənni gələn il dahi musiqiçinin 100 illik yubileyinin keçiriləcəyini və bunun Azərbaycan mədəniyyətində əlamətdar hadisə olacağını söylədi.

Dekabrın 14-də Tiflisdə anadan olan dahi sənətkar sonralar ailəsi ilə birgə Şuşaya köçüb. 1965-ci ildə yaratdığı mahnı teatrı ilə dünyanın 70 ölkəsində yüzlərlə konsert proqramı ilə çıxış edib. Onun repertuarında olan mahnılar bu gün də sevilir. Görkəmli sənətkar həmçinin Azərbaycan filmlərində yaratdığı obrazları ilə də yaddaşlarda qalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler