» » Murat Boz Bakıya gəlir

Murat Boz Bakıya gəlir

Bölmə: Mədəniyyət
Murat Boz Bakıya gəlirDekabrın 22-də Nizami Kino Mərkəzində Türkiyənin məşhur müğənnisi Murat Bozun çəkildiyi “Hadi İnşallah” filminin qala-gecəsi olacaq. Mərkəzdən lent.az-a verilən məlumata görə, rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya, Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına dönür. Telefon zənglərini gözləyərkən özünə və evə qapanan gənc qadın depressiyaya düşür. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşməsinə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur.

Qala-gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler