» » Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Fotolar

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Fotolar

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Fotolar
Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina Avstriyada peşəkarlar arasında keçirilən “WDC World Championship Professional Ballroom Showdance 2019” şou üslublu bal rəqsləri üzrə dünya çempionatının qalibi olublar.

Xalqinfo” bildirir ki, bu barədə E. Cəfərov sosial şəbəkə hesabında məlumat verib.

Duet dünyaca məşhur xoreoqraf Tələt Tarsinovun quruluş verdiyi “Artist” adlı inanılmaz nömrə ilə münsiflər heyəti və tamaşaçıları heyran edib.

“WDC World Championship Professional Ballroom Showdance 2019” çempionatında dünyanın ən yaxşı rəqqası adı uğrunda Avstriya, Almaniya, Böyük Britaniya, Yaponiya, Rusiya, Ukrayna, ABŞ və bir sıra digər ökələrdən olan peşəkar cütlüklər mübarizə aparırdı. Nəticədə çempionatın gümüş medalı avstriyalı duetə, bürünc medalı isə Rusiyadan olan cütlüyə çatıb.

Qeyd edək ki, Eldar Cəfərov və Anna Sajina bundan öncə peşəkarlar arasında on rəqs üzrə Dünya çempionu və Avropa çempionu tituluna layiq görülüb, dünyanın müxtəlif ölkələrində bir sıra digər rəqs turnirlərinin qalibləri, həmçinin “Avroviziya”nın rəqs müsabiqəsinin iştirakçısı olublar. Eldar Cəfərov və Anna Sajina həmçinin Azərbaycanda Peşəkar Rəqs Birliyinin yaradıcılarıdır.

Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Fotolar
Azərbaycanlı cütlük dünya çempionatının qalibi oldu - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler