» » Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək

Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək

Bölmə: Mədəniyyət
Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
“Weinstein Company” şirkətinin Direktorlar Şurası kinoprodüsser Harvi Vaynşteynlə birlikdə onun tərəfindən təcavüzə məruz qalmış qadınlara təzminat ödənməsi barədə ilkin saziş hazırlayıb.

Bu barədə “The New York Times” məlumat yayıb.

Qadınlara 25 milyon dollar ödəniləcək. Sazişə görə Vaynşteyn öz təqsirini etiraf etməli və təzminatı öz cibindən ödəməlidir. Ödənişlə “Weinstein Company”nin maraqlarını təmsil edən sığorta şirkətləri məşğul olacaq. Bütün öhdəliklər üçün ümumi məbləğ 47 milyon dollar təşkil edəcək.

“Weinstein Company” kinostudiyasının əsasını Harvi Vaynşteyn və qardaşı Robert Vaynşteyn qoyub. İşlər 2017-ci ildə bir neçə aktrisanın Harvini cinsi təcavüzdə ittiham etməsinə qədər yaxşı gedirdi. Lakin bu ittihamlardan sonra Direktorlar Şurası onu kompaniyadan qovdu, studiyanın özü isə müflisləşdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler