» » Yalçın Əfəndiyev vəfat etdi

Yalçın Əfəndiyev vəfat etdi

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Yalçın Əfəndiyev vəfat etdi
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dünyasını dəyişib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 82 yaşlı rejissor bu gün vəfat edib.

Y. Əfəndiyevlə vida mərasimi bu gün 15:00-da Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, “Azərbaycanfilm” kinostudiyasında cizgi filmləri emalatxanasının bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi “Cırtdan” cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.

Sənədli filmləriylə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi “Xatirələr sahili” filmidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler