» » Şəmsəddin Xanbabayev sabiq nazirə abidə hazırlatdı

Şəmsəddin Xanbabayev sabiq nazirə abidə hazırlatdı - FOTO

Bölmə: Mədəniyyət
Şəmsəddin Xanbabayev sabiq nazirə abidə hazırlatdı
Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev Dərbənddə Hüseyn Rəsulbəyova abidə hazırladır.

Bu barədə Unikal.org-a Ş.Xanbabayev özü məlumat verib. O, hazırda Dağıstan Respublikasında olduğunu bildirib:

"Hazırda Dərbənddəyəm. Burada Hüseyn Rəsulbəyova abidə qoydururuq. Abidə Böyük Vətən müharibəsi iştirakçısının dünyaya göz açdığı küçədə yerləşir. Bu işi görən şəxslərlə bərabər, ərazidə yaşayan sakinlər də tikinti işlərinə kömək edirlər. H.Rəsulbəyovun Dərbənddə böyük hörməti var. Burada yaşayan azərbaycanlılar onun xatirəsini hər zaman yad edirlər."

Qeyd edək ki, Hüseyn Rəsulbəyov 1917-ci ildə Dərbənddə anadan olub. Sovet dövründə hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır.H.Rəsulbəyov 1975-ci ildə rabitə naziri təyin edilib. O, Böyük Vətən müharibəsi zamanı Odessa, Kerç, Sevastopol və Şimali Qafqazın müdafiəsində iştirak edib. Müharibədən sonra Bakı Hava Hücumundan Müdafiə dairəsi qoşunlarında məsul hərbi vəzifələrdə xidmətdə olub. Azərbaycan Ali Sovetinin deputatı seçilib.
Şəmsəddin Xanbabayev sabiq nazirə abidə hazırlatdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler