» » Bukovski vəfat etdi

Bukovski vəfat etdi

Bölmə: Mədəniyyət
Bukovski vəfat etdi
Məşhur sovet dissidenti, hüquq müdafiəçisi və yazıçı Vladimir Bukovski Kembricdə xəstəxanaların birində dünyasını dəyişib. “Xalqinfo”nun xəbərinə görə, bu barədə yazıçının rəsmi saytında məlumat verilib.

O, 76 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Vladimir Konstantinoviç Bukovski ... 27 oktyabr 2019-cu il, saat 09:46-da İngiltərənin Kembric şəhərindəki Addenbrooks Xəstəxanasında ürək çatışmazlığından öldü. 76 yaşında idi”, -deyə məlumatda bildirilib.

Qeyd edək ki, V. Bukovski SSRİ-də dissident hərəkatının qurucularından biri olub. “Moskva Prosesi” kitablarının müəllifidir. Burada Sov.İKP Mərkəzi Komitəsinin və KQB-nin gizli arxivlərini dərc edib. Ömrünün 12 ili həbsxanalarda və məcburi müalicədə keçib, 1976-cı ildə SSRİ-dən qovulduqdan sonra Böyük Britaniyada yaşamağa başlayıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler