» » Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq

Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq

Bölmə: Mədəniyyət
Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlanacaq




Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.

AZƏRTAC xəbər verir ki, veriliş bu gün Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanacaq.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılacaq, repertuarından mahnılar səsləndirilicək. Həmçinin sənətkarın qızı Rəşidə Rəşid canlı telefon bağlantısı ilə efirdə atası ilə bağlı xatirələrini bölüşəcək.

Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişi http://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler