» » V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılışı oldu

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılışı oldu

Bölmə: Mədəniyyət
V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılışı oldu
Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Teatr İnstitutunun Prezidenti Məhəmməd Ələfxam, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, akademik Akif Əlizadə və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Konfransın açılışı əlillərin iştirakı ilə keçirilən tamaşa ilə başlayıb.

Ə.Qarayev bildirib ki, XXI əsrdə teatr fəaliyyətinin müzakirə olunacağı konfrans tək Azərbaycan üçün çox önəmli mövzu deyil: "Bu dünya teatr aləmində gedən proseslərin müzakirəsidir. Biz çox sevinirik ki, artıq beşinci dəfədir Azərbaycana dünyanın ən aparıcı teatr təşkilatının rəhbərləri və dünyanın teatr tədqiqatçıları və mütəxəssisləri təşrif buyurur. Konfrans iki gün davam edəcək, bundan sonra Azərbaycanda keçiriləcək Beynəlxalq Teatr Festivalı bu konfransın məntiqli davamı olacaq. Hesab edirəm ki, bir həftə müddətində Azərbaycanda teatr mövzusu olduqca böyük marağa səbəb olacaq".

Mərasim konfrans iştirakçılarının çıxışları ilə davam edib.

Qeyd edək ki, konfransda dünyanın tanınmış rejissor və prodüserləri, teatr xadimləri və aparıcı teatrşünasları XXI əsrdə dünya teatr prosesində baş verən məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Qloballaşan dünyada, internet məkanında teatr özünü necə yaşatmalıdır, hansı yenilikləri etməlidir kimi suallara bu konfransda cavab axtarılacaq. Konfransın açılışı ilk dəfə olaraq Mədəniyyət Nazirliyinin "Facebook" səhifəsindən canlı yayımlanıb.



Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler