» » “Arvadı bir kəlmə sözə görə boşadım” -

“Arvadı bir kəlmə sözə görə boşadım” - Xalq artisti

Bölmə: Mədəniyyət
“Arvadı bir kəlmə sözə görə boşadım” -
Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov şəxsi həyatı ilə bağlı sirləri bölüşüb.

Xalqinfo.az xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti iki dəfə ailə həyatı qurduğunu bildirib:

“İki dəfə evli olmuşam, bir kəlmə sözün üstündə birinci həyat yoldaşımdan ayrıldım. Çox gözəl qadın idi, uşaqlarımın anasıdır. Mübahisə etdik və mənə bir kəlmə söz dedi. Kişi kimi o sözü qəbul edə bilmədim. Boşanma ərizəsini yazdım. Məhkəmədə hakim mənə sual verdi ki, bir kəlmə sözə görə də adam arvadını boşayar? Sonralar xanımım çox üzrxahlıq etdi, oğlumu, qızımı mənə minnətçi saldı, qərarımdan dönmədim. İkinci həyat yoldaşımla birgə yaşayıram. Hər ikisinə hörmətim var”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler