» » Qara Mustafayevlə vida mərasimi keçirildi

Qara Mustafayevlə vida mərasimi keçirildi

Bölmə: Mədəniyyət
Qara Mustafayevlə vida mərasimi keçirildi
Bu gün vəfat edən biologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qara Mustafayevlə vida mərasimi keçirilib.

Xalqinfo.az xəbər verir ki, alimlə keçirilən vida mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, 1931-ci ildə anadan olan Qara müəllim 1954-cü ildə Bakı Dövlət Universitetini, 1958-ci ildə AMEA-nın aspiranturasını bitirib.

Abel Məhərrəmov onu da bildirib ki, “Biotik əlaqələr” haqqında təbii qanun kəşf edən professor Qara Mustafayev 18 elmi konsepsiyasının müəllifi olub və Azərbaycanda onurğalılar zoologiyasında ekoloji istiqamət açıb.

O, uzun müddət Azərbaycanın dövlət televiziyasında “Təbiəti sevənlər” verilişinin aparıcısı olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Kürdəmir rayonuna aparılıb.

Qara Mustafayevlə vida mərasimi keçirildi
Qara Mustafayevlə vida mərasimi keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler