» » "Beş il bunu evdəkilərdən gizlətdim"

"Beş il bunu evdəkilərdən gizlətdim"

Bölmə: Mədəniyyət
"Beş il bunu evdəkilərdən gizlətdim"Baloğlan Əşrəfov vaxtilə valideynlərinin onun müğənni olmasına qarşı çıxmalarından danışıb.

Xalqinfo.Az publika.az-a istinadən xəbər verir ki, vaxtilə buna görə çətin günlər yaşayan sənətçi indi o günlərin həzin xatirəyə çevrildiyini söyləyir: “Mən evin yeganə övladı olmuşam. İmkanımız da yaxşı olub, heç vaxt çətinlik nədir, bilməmişəm. Amma valideynlərim mənim sənətçi olmağımın əleyhinə idilər, onlar məni başqa peşədə görmək istəyirdilər. Buna görə də sənət yoldaşlarımdan fərqli olaraq, Bakıya çox gec gəldim.

Buna baxmayaraq, sevənlərim çox olub. İki il əvvəldən toy sifarişləri almışam. Amma mənim məqsədim həm də paytaxta gəlmək və müğənnilik fəaliyyətimi genişləndirmək idi. Bunu eşidən bütün nəslim-nəcabətim mənə qarşı çıxdı. O dövrdə Bakıya gəlib xəlvəti müğənni kimi fəaliyyət göstərdim, konsertlər verdim. Özümə ev aldım, amma beş il bunu gizlətdim, evdəkilərin bundan xəbəri olmadı. Elə bilirdim, bilsələr, məni kəndə qaytaracaqlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler