» » Türkiyə prezidenti “Lalələr” mahnısının tarixçəsindən danışdı

Türkiyə prezidenti “Lalələr” mahnısının tarixçəsindən danışdı

Bölmə: Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Türkiyə prezidenti “Lalələr” mahnısının tarixçəsindən danışdıBakıda hərbi parada qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan maraqlı açıqlama verib.

Xalqinfo.az xəbər verir ki, Ərdoğan çıxışı zamanı “Lalələr” mahnısı haqda danışaraq bəstədə türk ordusunun 1918-ci ilin sentyabrında Gəncədən Bakıya yürüyüşünün və şəhərin xilasının ifadə edildiyini bildirib.

“Azərbaycanın məşhur “Lalələr” mahnısının kədərli hekayəsi var. Bu, qardaşlarımızın çəkdiyi əziyyətin və Qafqaz İslam Ordusunun könüllərdə səbəb olduğu gözəlliyin təmsilidir. Gəncə bölgəsinə axın edən minlərlə əsgər başlarındakı qırmızı rəngli fəs və fəsin ucundakı saçaqlarla uzaqdan gəlincik tarlasına bənzəyən bir görüntü yaradıb. Gəlincik Azərbaycan dilində lalə deməkdir. Şair Telman Hacıyev hisslərini sətirlərə tökərək bu mahnını bəstələyib”, - deyə Türkiyə dövlət başçısı qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler