» » Rasim Balayev 70 yaşında -

Rasim Balayev 70 yaşında - Video

Bölmə: Mədəniyyət
Rasim Balayev 70 yaşında -







Bu gün xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli aktyor Rasim Balayevin 70 yaşı tamam olur.


Kult.az xatırladır ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda doğulub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. R.Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. “Nəsimi”, “Babək”, “Qanlı zəmi”, “Dədə Qorqud” və başqa filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb.

“Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında, “Özbəkfilm”də, “Mosfilm”də və başqa studiyalarda çalışıb. R.Balayev “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə epizodik rollara çəkilib.

O, 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

R.Balayev 1982-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif edilib.

Balayevin Nəsimi kimi humanist bir şair obrazdan sonra Babək kimi odlu-alovlu qəhramanı canlandırması onun necə bir usta aktyor olduğunu gözlər önünə sərir.

Görkəmli aktyor hazırda Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilən “Əlvida, Smidt” bədii filminə çəkilir.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler