» » Filarmoniyanın direktoru vəzifəsindən getdi

Filarmoniyanın direktoru vəzifəsindən getdi

Bölmə: Mədəniyyət
Filarmoniyanın direktoru vəzifəsindən getdi
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin olunub.

Xalqinfo.az Report-a istinadən verdiyi məlumata görə, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov nazirliyin rəhbərliyinə müraciət edərək yaradıcılıq fəaliyyətinin davam etdirilməsi, genişləndirilməsi səbəbi ilə vəzifəsindən azad olunmasını xahiş edib: "Nazirlikdən məsələyə baxılıb və o, vəzifəsindən azad olunub”.

İ.Hümbətov əlavə edib ki, Gəncə Dövlət Filarmoniyasına yeni təyinat olub: "Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Elçin Emin oğlu Elçiyev müvafiq təqdimata uyğun olaraq, Gəncə Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. Hazırda kollektivə müvəqqəti olaraq rəhbərliyi direktor müavini həyata keçirir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler