» » Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

Bölmə: Mədəniyyət
Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdüBu gün mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xalqinfo.az xəbər verir ki, Mahmud Kasımbekov Azərbaycana səfəri çərçivəsində iyunun 13-də Heydər Əliyev Mərkəzində Qazaxıstan Prezidentinin həyat və fəaliyyətindən bəhs edən “Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşüb.

Əbülfəs Qarayev Azərbaycanla Qazaxıstan arasında mədəniyyət sahəsindəki mövcud əməkdaşlıq əlaqələrindən söz açıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğunu diqqətə çatdıran nazir vurğulayıb ki, bu tarixi, milli bağlılıq səbəbindən iki qardaş ölkə bütün beynəlxalq tədbirlərdə birgə rəylə çıxış edir.

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı isə gələcəkdə iki ölkə arasında müştərək mədəni layihələrin həyata keçirilməsi istiqamətində fikirlərini bölüşüb.

Görüşdə Azərbaycanda və Qazaxıstanda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, habelə kino və teatr sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.

Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü
Nazir Qazaxıstan nümayəndə heyəti ilə görüşdü

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler