» » Arif Alışanovun təşəbbüsü ilə layihə həyata keçirildi

Arif Alışanovun təşəbbüsü ilə layihə həyata keçirildi

Bölmə: Mədəniyyət
Arif Alışanovun təşəbbüsü ilə layihə həyata keçirildiAzTV rəhbəri Arif Alışanovun ideya rəhbəri olduğu layihə baş tutub.

Xalqinfo.az xəbər verir ki, musiqili layihə AzTV və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsidir və Milli Qurtuluş gününə həsr olunub.

A. Alışanovun ideya rəhbəri olduğu “Vətən nəğməsi” adlı layihənin musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir.

Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən “Vətən nəğməsi”nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur. Layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak ediblər.

Arif Alışanovun təşəbbüsü ilə layihə həyata keçirildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler