» » Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

Bölmə: Mədəniyyət
Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilibAzərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş “Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi”nin qalibləri F.Əmirov Gəncə Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış ediblər.

Xalqinfo.az xəbər verir ki, gecədə həmçinin Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, habelə Azər Zeynalov, Təyyar Bayramov, Arzu Əliyeva, Səbuhi İbayev kimi tanınmış musiqiçilərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.

Bunlarla yanaşı Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas-alim, ictimai xadim, SSR Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün lent yazıları da təqdim edilib.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da Gəncə Dövət Filarmoniyasının səhnəsində çıxış edib edib. O öz və vaxtı ilə atasının repertuarına daxil olan mahnıları səsləndirib.

Gəncədə Bülbülün 120 ilik yubileyi qeyd edilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler